Rusiya və Ukrayna arasında son yarım ildə ilk əsir mübadiləsi baş tutub

0
168

Rusiya və Ukrayna arasında son altı ayda ilk əsir mübadiləsi baş tutub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yeni mübadilə çərçivəsində 248 hərbi qulluqçu Rusiyaya qayıdıb. 

Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski mübadilə ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, azadlığa buraxılan 230 ukraynalı arasında 213 əsgər və çavuş, 11 zabit və altı mülki şəxs var.

Xatırladaq ki, tərəflər sonuncu dəfə 2023-cü ilin avqustunda hərbi əsirlərin mübadiləsini həyata keçiriblər.