Sülhməramlılar Qarabağdan çıxır? – Rusiya ilə Azərbaycan arasında danışıqlar başladı – VİDEO

0
143

Moskva Rusiya sülhməramlılarının Qarabağda olması ilə bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir. 

Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib .

O xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq münaqişəsi zonasına yerləşdirilib. Onun sözlərinə görə, bu sənəd ləğv edilməyib və orada sülhməramlıların bölgədə 5 il, yəni 2025-ci ilin noyabrına qədər, müddətin daha da uzadılması imkanı ilə qalması nəzərdə tutulub.

“Əlbəttə, 2022-ci ilin oktyabrında Praqa görüşündən başlayaraq Aİ-nin himayəsi altında keçirilən sammitlərdə Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanıması qərarından sonra “yerdə” vəziyyət kəskin şəkildə dəyişdi”, – Qaluzin qeyd edib.

İndi Rusiya Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə nəzərdən keçirir. Qaluzin sözlərinə görə, bu, “qarşılıqlı hörmət və konstruktiv atmosferdə” baş verir.