“Microsoft” öz istifadəçilərinin səs yazılarını dinləyir

0
433

“Microsoft” şirkəti öz əməkdaşları tərəfindən istifadəçilərin səs yazılarının dinlənilməsinin mümkünlüyünü etiraf edib.

Buna əməliyyat sisteminin son yenilənmələri imkan verir.

Bildirilir ki, “Microsoft”un məxfilik siyasətinin yenilənməsinə əsasən, şirkət “Microsoft Cortana” səs köməkçisindən və ya “Skype Translator”dan alınan məlumatları analiz edə bilir.

“Fərdi məlumatların işlənməsinə həm avtomatlaşdırılmış, həm də əl ilə işləmə üsulları daxildir”, – deyə yenilənmədə qeyd olunur.

“Vice” portalının yazdığına görə, “Microsoft” istifadəçilərin şəxsi dialoqlarının dinlənilməsi üçün podratçı firmaları işə cəlb edib. Şirkət bu məlumatı qismən təsdiqləyib.

“İnsanların bəzən kontentin öyrənilməsi ilə məşğul olduqlarını daha dəqiq konkretləşdirməyi qərara aldıq”, – deyə şirkət nümayəndəsi portalın rəyinə cavab verərkən bildirib.

Portal onu da əlavə edir ki, buna qədər “Microsoft”un məxfilik siyasətində istifadəçilərin səs yazılarının başqa insanlar tərəfindən dinlənilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmurdu.