“Azercell”in Rəqəmsal Dünyası daha 6 şəhərdə oldu – Fotolar

0
575

“Azercell”in Rəqəmsal Dünyası daha 6 şəhərdə oldu

“Rəqəmsal Dünyanı Yarat” şüarı altında fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” MMC ölkəmizin bölgələrini qarış-qarış gəzməyə davam edir.

Bu dəfə müştəriləri üçün telekom sahəsinin ən son tendensiyalarını daha əlçatan etməyi hədəfləyərək, Azercell “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi ilə Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəkiyə səfər edib və 40 minə yaxın insanı bir araya gətirməyə müvəffəq olub. Dinamik və dəyişkən texnologiyaları tətbiq edib trendə çevirən şirkət, rəqəmsal savadlılıq səviyyəsinin artırılması və Azercell-in yeni innovativ xidmətlərinin tanıdılması məqsədilə Azərbaycanın 30-a yaxın şəhər və rayonunda bu layihənin keçirilməsini planlaşdırır.

Ölkədə mobil rabitə istifadəçilərinin əksəriyyəti tərəfindən seçilən Azercell-in “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur. Bu tədbirlər silsiləsində bölgələrdə müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlarla yanaşı, interaktiv oyunlar da təşkil edilir, iştirakçılara hədiyyələr paylanılır. Qeyd edək ki, “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində keçirilən bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayindələri də qatılıb.

Tədbirlərdə Azercell-in himayəsi altında olan “İmzanı tanıt” layihəsi xüsusi guşə ilə təmsil olunur. Bölgələrimizin istedadlı şəxsləri öz əl işlərini burada nümayiş etdirirlər. Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən başlayan və hər kəsin rəğbətini qazanan bu sosial çağırış, qısa müddət ərzində istedadına və bacarığına güvənən hər kəsi sosial şəbəkələrdə #imzanitanit “hashtag”ı altında toplamağa müvəffəq olub.

Eyni zamanda, Şəkidə təşkil olunan səfərlərə fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in “Mobil Diş” və “Mobil Göz” klinikaları da qoşulub. 13 avqust tarixində Azercell şirkətinin rəsmi heyəti mobil klinikalarla birlikdə Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edib. 60-a yaxın uşaq müayinə olunub və internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edilib.

Qeyd edək ki, “Azercell Telekom” MMC ölkəni yeni bağlantı erasına hazır etmək məqsədilə şəbəkənin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görüb. 4.5 milyon istifadəçinin seçimi olan Azercell şirkəti Azərbaycanın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək məqsədilə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Azercell son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Ümumilikdə, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Son yarımildə şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb.

Vurğulamaq istərdik ki, Azercell-in yeni “Rəqəmsal Dünya bölgələrdə” layihəsi artıq Naxçıvan, Ordubad, Şərur, Quba , Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay və Şəki kimi bölgələrdə baş tutub. Rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan edən Azercell-in yeni layihəsini avqust ayında öz bölgənizdə gözləyin!