Paşinyana yeni səlahiyyət verildi

0
160

Ermənistanın Baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətin növbəti iclası davam edir.

Bundan sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinləri baş nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək.

Xatırladaq ki, bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin direktorunu təyin etmək səlahiyyəti Ermənistan Respublikasının prezidentinə məxsus idi.

Milli Təhlükəsizlik Xidmətinin direktoru və onun müavinləri dövlət, digər milli təhlükəsizlik əməkdaşları isə hərbi vəzifə sahibləri olacaqlar. Layihə tezliklə Milli Məclisə göndəriləcək.