Elm adamları Yerdəki bu canlıları Aya göndərib

0
467

Aya göndərilən nümunələr milyon illər sonra insan irqini bərpa edəcək

Aprel ayında Ayda qəzaya uğrayan “Beresheet” kosmik aparatının göyərtəsində “su ayısı” kimi də adlandırılan minlərlə tardigradlar olub. 8 ayaqlı, beyni və mərkəzi sinir sistemi olan bu xırda məxluqlar hədsiz dözümlüdürlər, olduqca aşağı temperaturda və çətin şərtlərdə sağ qala bilirlər. Tardigradları kosmosa göndərən ABŞ-ın “The Arch Mission Foundation” təşkilatı onların sağ qalacaqlarına ümid edir.

“Nuhun gəmisi” və ya Yeri “sığortalamaq” cəhdi göstərmək üçün qeyri-kommersiya təşkilatı “The Arch Mission” kosmosa ay kitabxanası göndərib – bu kitabxadanada Yer planeti haqqında 30 milyon səhifədən ibarət məlumat daşıyan DVD toplusu var. Kitabxana ilə yanaşı, Aya tardigradların nümunələri də göndərilib.

“Biz onları ona görə seçmişik ki, xüsusidirlər. Onlar bizim bildiyimiz ən kiçik həyat formalarıdır. Onlar istənilən planetar kataklizmdə praktiki olaraq sağ qala bilərlər. Onlar kosmos vakuumunda, radiasiyada sağ qala bilərlər”, – missiyanın nüməyəndəsi Nova Spivak mətbuata açıqlamasında deyib.

Tədqiqatçılar ümid edirlər ki, tardigradlarla yanaşı, ay kitabxanasındakı informasiyanın da çoxu qəzadan sonra sağ qala bilib – və milyon illər sonra insan həyatı yarada biləcəklər.

“Bizim göndərdiyimiz DNK və hüceyrələrin köməyilə insan irqini, digər bitkiləri və heyvanları yenidən generasiya etmək mümkündür”- Spivak deyib.