ABŞ İranlı bağlı hər kəsi heyrətləndirəcək qərar qəbul etmək niyyətindədir.
ABŞ hökuməti mövqeyini qəfil dəyişərək İranın bloklaşdırılmış 10 milyard dollarlıq aktivlərinə “azadlıq” verməyi düşünür.
Ekspertlər iddia edirlər ki, ABŞ bu addımı İranın Qəzza ilə bağlı mövqeyindən sonra atır. Belə ki, iki ölkənin gizli razılaşması olduğu bildirilir. İran ABŞ-a söz verib ki, Qəzza məsələsində hər hansı bir əməli addım atmayacaq, ancaq bəyanatlarla kifayətlənəcək. Yəni İran İsrailin Qəzzadakı əməliyyatına “yaşıl işıq” yandırıb. Bunun müqabilində isə ABŞ İranın 10 milyardlıq aktivlərinə “azadlıq” verməyi öhdəsinə götürüb.
Məşhur tarixçi və politoloq Umut Güner bu məsələyə belə münasibət bildirib: “Bayram deyil, əlamətdar gün deyil, İran Qəzza davasında nəyi satdı görəsən?”