ABŞ İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır

0
625

ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır.

Bu barədə “Bloomberg”ə Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hohşteyn bildirib.

San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Amos deyib: “Biz bu sanksiyaları tətbiq edəcəyik”.

O əlavə edib ki, İranın neft ixracı sutkada 1 milyon bareldən çoxdur və bu rəqəmlər azalacaq.