Lavrov Qərbin Ermənistanda yürütdüyü siyasəti DEŞİFRƏ ETDİ

0
557

Hazırda Ermənistanı fəal şəkildə müdafiə edən Qərb dövlətləri Rusiyaya qarşı bu respublika ilə dost olmaq istəyirlər”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” telekanalının efirində bildirib.

Nazir qeyd edib ki, Moskvanın Ermənistanın xarici tərəfdaşlarına və dostlarına qarşı heç bir qərəzi yoxdur:

“Biz KTMT-nin üzvü kimi, yaxın müttəfiqimiz və strateji tərəfdaşımız kimi Ermənistanın xarici tərəfdaşlarla münasibətləri necə quracağını müəyyənləşdirməsinin tərəfdarıyıq”.

Diplomat həmçinin qeyd edib ki, Rusiya Federasiyası heç vaxt heç kimə qarşı heç kimlə dost deyil.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın təhlükəsizlik sahəsində Rusiya Federasiyasından asılılığını səhv adlandırmışdı.