Bakı polisindən yarmarkada satıcılardan pul yığması ilə bağlı iddialara münasibət

0
477

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis əməkdaşının Xətai rayonunda yarmarkada satıcılardan pul yığması ilə bağlı yayılan məlumata münasibət bildirib.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, xaricdən idarə edilən saytlardan birində yer alan iddia həqiqətə uyğun deyil: “Görüntüdən də aydın olur ki, polis əməkdaşı hər hansı yığım həyata keçirmir. Bununla bağlı hazırlanmış materialda iddia olunanlar cəfəngiyyat, polisə qarşı yönəlmiş növbəti virtual təxribatdır və ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb”.

E.Hacıyev əlavə edib ki, videogörüntüdə yığım aparan mülki şəxs bazar nəzarətçisidir.