Qarabağda həlak olan sülhməramlıların ailələrinə bu qədər yardım ediləcək

0
345

Qarabağda həlak olan Rusiya sülhməramlıların ailələrinə Rusiya Sülh Fondundan (RFF) 1 milyon rubl məbləğində yardım göstəriləcək.

Bu barədə “RİA Novosti” RFM idarə heyətinin sədri, LDPR partiyasının lideri Leonid Slutskiyə istinadən məlumat yayıb.

“Qarabağda həlak olan sülhməramlıların ailələrinə Rusiya Sülh Fondundan 1 milyon rubl məbləğində yardım ayrılacaq.. Biz onların ailələrini dolandırmaq məcburiyyətindəyik. Mənim şəxsi nəzarətim altında olan Sülh Fondu sülhməramlıların yaxınlarına kömək etməkdə davam edəcək”, – Slutski qeyd edib.

LDPR liderinin qeyd etdiyi kimi, Rusiya onların ailələrinin çətinliklərlə tək qalmaması üçün əlindən gələni etməlidir.