Moskvada QAPALI GÖRÜŞ: Rusiya bu ölkədə hərbi baza qurmaq istəyir

0
392

“Rusiya Liviyada hərbi baza qurmağı planlaşdırır. Bu ona bütün Avropa İttifaqına casusluq etməyə imkan verəcək”.

Rusiya Liviyanın şərqində ona Avropanın cənub sərhədində körpübaşı yaratmağa və bütün Avropa İttifaqına nəzarət etməyə imkan verəcək dəniz bazası tikməyi planlaşdırır.

Nəşrin məlumatına görə, Rusiya və Liviyanın şərq qüvvələrinin komandanı Xəlifə Haftar müdafiə sazişini müzakirə edirlər. Danışıqlar bu ilin sentyabrında Haftarın Moskvaya səfəri zamanı başlayıb.

Haftar və Putin arasında aparılan danışıqlardan xəbərdar olan mənbələrə görə, Rusiya hərbi gəmilərini Liviya limanlarından birində, çox güman ki, Tobrukda daimi saxlamaq hüququ əldə edə bilər.

ABŞ-ın Liviya üzrə keçmiş xüsusi nümayəndəsi Conatan Viner bildirib ki, ABŞ administrasiyası Rusiyadan gələn təhlükəni ciddi qəbul edir. Onun sözlərinə görə, Liviyadakı baza Rusiyaya strateji üstünlük və bütün Avropa İttifaqına casusluq etmək imkanı verəcək. Hazırda Rusiyanın Suriyanın Tartus şəhərində yalnız bir hərbi dəniz bazası var.