İsrail xəstəxananı bu raketlə, bu hədədən sonra vurub: DETALLAR AÇIQLANDI

0
191

İsrail idarə olunan raketlərdən istifadə etməklə Qəzza zolağında Əl-Əhli xəstəxanasına hücum edib. 

Bu barədə Fələstinin HƏMAS hərəkatının sözçüsü Fövzi Bərhum məlumat verib.

Bu, İsrail təhlükəsizlik qüvvələrinin tibb müəssisəsinin əməkdaşlarını xəstəxananı partlatmaqla hədələməsindən sonra baş verib.

Xəstəxanaya çərşənbə axşamı hücum edilib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla 471 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Fələstinlilər və israillilər hücumda bir-birini günahlandırır.

Fauzi Barhumun verdiyi məlumata görə, İsrail Baş Təhlükəsizlik Xidməti xəstəxananın əməkdaşları ilə əlaqə saxladıqdan və onu bombalayacaqları ilə hədələdikdən bir neçə saat sonra İsrail xəstəxananı vurub.