Bu 5 xəstəliyin qarşısını gündə 1 fincan qəhvə içməklə ala bilərsiniz

0
813

Elə xəstəliklər var ki, qəhvədən oddan qorxan kimi çəkinir. günə 2 fincan keyfiyyətli kofe içmək məhz bu xəstəliklərin profilaktikası üçün efektivdir. Bunlar elə xəstəliklərdir ki, ağlınıza belə gəlməz.

Qəhvənin profilaktik rol oynadığı xəstəliklərin siyahısını təqdim edirik:

1.Qaraciyər sirrozu

CNN kanalı məlumat verib ki, gündə 2 fincan qəhvə sirroz riskini 44% azaldır. Kofe qaraciyəri sanki detoks edir. Düzdür, bu içki dərman deyil və alkoqoldan yaranacaq sirrozun da qarşısını almır. Amma normal həyat keçirən, içməyən insanlara çox yaxşı effekt verə bilər. Bir sözlə, qaraciyər kofeni sevir

2.Diabet xəstəliyi

Araşdırmalar göstərib ki, müntəzəm kofe içmək II tip diabetə tutulmaq riskini azaldır. Digər kofe sevməyən insanlara nisbətdə kofesevənlər daha az şəkərə tutulur.
Hətta diabet olduqdan sonra da müalicə ilə yanaşı, xəstənin qəhvə içməsi ümumi dinamikaya yaxşı təsir edir, qan, ürək, qaraciyər funksiyalarını qoruyur.

3.Ürək xəstəlikləri

Kofeinin təzyiqə və ürəyə təsiri artıq yeni mövzu deyil. Qəhvə həqiqətədn də ürəkdən qəfil ölümdən xilas edə bilər.
Tədqiqatlar göstərib ki, hər gün 1-2 fincan qəhvə ürək-damar xəstəliklərindəb ölüm riskini azaldır və xəstəni qüvvətləndirir.  Əgər ürək xəstəliyiniz varsa, təbii ki, öncə həkiminizlə məsləhətləşdikdən sonra kofe qəbuluna başlaya bilərsiz

4. Xərçəng

Amerikanın xərçəng tədqiqatı institutu hələ qəhvənin şiş xəstəliklərinə təsirini öyrənməkdə davam edir. Amma onların bu günə gəldikləri nəticə odur ki, şiş hüceyrələri qəhvədən qorxur və müntəzəm qəhvə içmək xərçəngi önləyici tədbir kimi qəbul oluna bilər.

5.Parkinson və Alsgeymer xəstəlikləri

Qəhvə beynin normal aktivliyini qoruduğu üçün, yaşlandıqda Parkinson və Alsgeymer kimi xəstəliklərin qarşısını ala bilər.
Eləcə də Parkinson xəstələrinin gündə 1-2 fincan qəhvə içməsi onların simptomlarını yüngülləşdirir.
Ona görə qocaldıqda əziyyət çəkmək istəmirsizsə, indidər qəhvə içməyə adət edin.