Kürün səviyyəsinin qalxması əkin sahələrinə təsirini göstərdi – VİDEO

0
133

Ötən aylarda Kür çayında suyun kəskin azalması ciddi problemlərə səbəb olub.

Hazırda Kür çayında suyun səviyyəsində artım müşahidə edilir.

Salyanlı təsərrüfat sahibləri deyirlər ki, artıq əkin sahələrinin suvarılmasında çətinliklə üzləşmirlər.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, mart-aprel aylarında çayın bəzi rayonlardan keçən hissəsində suyun səviyyəsi xeyli düşüb.

Onun sözlərinə görə, may ayında havaların yağıntılı keçməsi çayda vəziyyəti normallaşdırıb.

Mərkəz direktoru qeyd edib ki, artım tendensiyası hələ bir müddət davam edəcək.

Asif Verdiyev əlavə edib ki, Kürün səviyyəsinin iyunun 15-nə kimi enməsi gözlənilmir.

Daha ətraflı süjetdə: