Moskvada karantin elan edildi

0
123

Rusiyanın paytaxtı Moskva şəhərində heyvanların iştirakı ilə kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Bununla əlaqədar Moskva şəhər meri Sergey Sobyanin sərəncam imzalayıb.

Qadağa quş qripinin yayılmasına görə elan edilib.

Qadağa şəhərin Brateyevo, Kapotnya, Marino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsıno, Şərqi Biryulyovo, Şimali və Cənubi Orexovo-Borisovo və Zyablikovo rayonlarında tətbiq edilir.