Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfəri nəzərə alınmaqla, Ukraynadakı münaqişə 2023-cü ilin dördüncü rübündə dondurula bilər.
Bu barədə “TASS” məlumat yayıb.
Bu fərziyyə ilə TASS-a müsahibəsində rusiyalı sinoloq və publisist Nikolay Vavilov çıxış edib. O qeyd edib ki, Pekinin artıq İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin qurulmasında uğurlu təcrübəsi var.
“Bu, Ukrayna üzrə sövdələşmənin baş tutacağını güman etməyə əsas verir”, – ekspert bildirib.
Vavilov əlavə edib ki, ABŞ-ın təzyiqi nəzərə alınmaqla sazişin icra müddəti altı aya qədər ola, yəni proses bu ilin dördüncü rübündə başa çatdırıla bilər