Gürcüstan parlamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklik layihəsini qeydə alıb.
Dəyişikliyə əsasən 2024-cü ilin sonuna qədər Rusiya vətəndaşlarına daşınmaz əmlak satışının qadağan edilməsi nəzərdə tutulur.
“Qanun layihəsində bildirilir ki, 31 dekabr 2024-cü il tarixinədək Gürcüstanda yaşamaq icazəsi olmayan Rusiya vətəndaşları tərəfindən alqı-satqı müqaviləsi və ya hədiyyə yolu ilə daşınmaz əmlak obyektlərinin alınması qadağandır.
Qeyd olunur ki, qadağa vəsiyyət əsasında daşınmaz əmlak alacaq rusiyalılara şamil edilmir.
Xatırladaq ki, Rusiya vətəndaşları Gürcüstanda 2022-ci ildə 6 mindən çox, 2023-cü ilin birinci rübündə isə 2 mindən çox mənzil alıblar.