Qida vərdişlərinin dəyişməsi dünya üzrə iki milyard insanda artıq çəkinin yaranmasına səbəb olub.
Bu barədə İqlim Dəyişikliyi üzrə Beynəlxalq qrupun hesabatında məlumat verilib.
Hesabatda əkinçiliyin və ərzaq məhsulları istehsalının da iqlim dəyişikliyinə təsiri haqqında məlumat da yer alıb. Sənəd dünya ölkələrini Yerdə tempraturun 1,5 dərəcədən artıq artmasının qarşısını almağa səsləyir.
Alimlər qeyd edirlər ki, yerli ərzaq məhsullarının tətbiqi, istifadə olunmayan ərzaq məhsullarının sayının azalması, elektrik enerjisi və su istifadə edilmədən yetişdirilən meyvə-tərəvəz iqlim dəyişikliyinin qarşısını ala bilər. Hesabatın müəllifləri qeyd edirlər ki, istehsal edilən ərzaq məhsullarının 20-30 faizi ya itirilir, ya da atılır. Bu isə əlavə “faydasız” parnik qazlarının ətraf mühitə buraxılması deməkdir.