Azərbaycan idmançılarının apreldə qazandıqları medalların sayı məlum oldu

0
351

Azərbaycan idmançıları apreldə beynəlxalq turnirlərdə 164 medal qazanıblar.

Bunu gənclər və idman naziri Fərid Qayıbov ötən ayla bağlı qurumun rəsmi saytındakı qeydində bildirib. O, boks, cüdo, bədii gimnastika, akrobatika gimnastikası, idman gimnastikası, badminton, akademik avarçəkmə, qılıncoynatma, taekvondo, üzgüçülük, sərbəst güləş, yunan-Roma güləşi, sambo, şahmat, sumo, stolüstü tennis, para-pauerliftinq və digər idman növlərində uğurların olduğunu vurğulayıb.

F.Qayıbov sərbəst güləş üzrə Azərbaycan millisinin dördüncü dəfə Avropa çempionu olmasını xatırladıb:

“Eyni zamanda, sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionluğunu qazanıb”.