Xəbər verdiyimiz kimi, bu gün Türkiyəyə səfər edən Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə “Togg” avtomobilini idarə edib.
Festival sahəsini tərk edərkən iki lider “CNN Türk”ün xüsusi xəbər rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb.
Müsahibə zamanı maraqlı anlar yaşanıb.
Türkiyə lideri Fulyaya, “Bunu namizəd edəcəkdim, aradan itdi. Bir az çalış. Bu, tamamilə millidir”, – deyə zarafat edib.
Prezident İlham Əliyev isə, “O, ikinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə getdi. Bizimlə ağladı, bizimlə sevindi, bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır”, – deyib.