Tərtərdə mina partlayışında həlak olanların qohumu: “Onlar qısa müddət idi ki, işə düzəlmişdilər”

0
140

“Tərtərdə mina partlayışında həlak olanlar qısa müddət idi ki, işə düzəlmişdilər.

Bu barədə həlak olanların yaxın qohumu Telman Zeynalov  bildirib.

T.Zeynalov qeyd edib ki, onlar hər ikisi minatəmizləmə sahəsində çalışırdılar:

“Qısa müddət idi ki, işə düzəlmişdilər. Hər ikisi dronla mina axtarma üzrə operator işləyirdilər. Minaya düşdükləri sahədə əmək fəaliyyətilə məşğul olublar. Onlar idarənin xidməti avtomobili ilə minaya düşüblər. Ehtimal ki, bu, tank əleyhinə mina olub”.

Qeyd edək ki, bu gün Tərtərin işğaldan azad edilən Talış kəndində minaya düşərək həlak olan şəxslərdən ikisi – Gözəlov Səxavət İsmayıl oğlu və Yusifov Nadir Pənah oğlu Füzuli rayonunun Əhmədalılar kəndinin sakinləridir.

Minaya düşənlərin nəşi hadisə yerindən götürülüb. Partlayış nəticəsində həlak olanlar Tərtər şəhər xəstəxanasının morquna yerləşdiriliblər. Həlak olanların biri Sumqayıt sakinidir.