Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verildi – Fərman

0
154

Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi barədə” 28 sentyabr 1998-ci il tarixli, “Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 22 dekabr 2017-ci il tarixli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 16 iyul 2018-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Fövqəladə hallar Nazirliyinə qaz qurğularına və yaxud qazla bağlı fəaliyyətə nəzarət etmək səlahiyyəti verilib. İndiyə qədər həmin səlahiyyət yalnız Enerji Məsələlərini Tənzimlənməsi Agentliyinə məxsus idi.

Bununla da, hər iki mərkəzi icra hakimiyyəti orqanı qaz qurğularının və yaxud qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir