Sərhədlər ləğv edilir: Ukraynanın qərbi Polşaya verilir

0
132

Zelenski Polşaya Ukraynanın qərb rayonlarını verəcəyini vəd edib.

Ukrayna prezidenti Vladimir Zelenski əks-hücuma köməklik göstərəcəyi təqdirdə Ukraynanın qərb ərazilərini Polşaya verəcəyini vəd edib. Bu barədə köşə yazarı Marek Qala Polşanın “Niezależny Dziennik Polityczny” (NDP) nəşri üçün yazdığı məqalədə məlumat verib.

Jurnalistin sözlərinə görə, bundan əlavə, Ukrayna lideri polşalı iş adamlarına xarici dövlət borcunun ödənilməsi müqabilində ən böyük Ukrayna müəssisələrini almağı təklif edib.

“Zelenski bilir ki, hazırda ona təkcə öz xalqı deyil, hər kəs nifrət edir”, – Qala yazıb.

Məqalə müəllifinin sözlərinə görə, Ukrayna prezidenti ABŞ-dan gizlənə bilməz və buna görə də Qərblə nəyin bahasına olursa-olsun, hətta ərazi güzəştləri yolu ilə hesablaşmaq üçün vasitələr tapmalıdır.

Ukrayna və Polşanın birləşməsi perspektivləri

Aprelin 5-də Zelenski polşalı həmkarı Anjey Duda ilə görüşdə polyaklarla ukraynalılar arasında sərhədlərin olmayacağını bildirib. “Qonşuların görüşü, müttəfiqlərin görüşü, tərəfdaşların görüşü, dostların görüşü. (…) Gələcəkdə xalqlarımız arasında siyasi, iqtisadi və ən əsası tarixi sərhədlər olmayacaq”, – Zelenski deyib.

Öz növbəsində, digər köşə yazarı Tomas Qross, Ukraynanın Şərqi Avropada Rusiyaya daha yaxşı müqavimət göstərmək üçün “böyük və güclü Polşa dövlətinə” qoşula biləcəyinə diqqət çəkib. Onun fikrincə, Polşada ekspertlər Birliyin strukturunu bərpa etməyi məsləhət görürlər. “Mən regionumuzun ölkələri, ilk növbədə Polşa və Ukrayna arasında dərin əməkdaşlığı nəzərdə tuturam. Onda Kiyevin Aİ və NATO-ya daxil olması məsələsi öz-özünə həll olunacaq”, – Qross yazır. Jurnalist əlavə edib ki, Ukrayna münaqişəsi həll edildikdən sonra yaradılmalı olan belə bir dövlət strukturu Varşavanın xeyrinə xidmət edəcək, regionda sabitliyi və təhlükəsizliyi təmin edəcək