Atambayevin iqamətgahına hücum nəticəsində yaralananların sayı 48-ə çatıb – YENİLƏNİB-2

0
537

Qırğızıstan Respublikasının sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 48 nəfərə çatıb.

“Bişkek və Çuysk vilayətləri xəstəxanalarına 48 nəfər tibbi yardım üçün müraciət edib”, – idarənin məlumatında bildirilir.

Nazilik nümayəndəsi həmçinin qeyd edib ki, zərərçəkmişlərdən 9 nəfəri ambulator müalicəyə buraxılıb. Ümumilikdə 38 nəfərin stasionar müalicədə olduğu bildirilir.


***00:58

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 36 nəfərə çatıb.

“Saat 00:55-ə (Bakı vaxtı ilə 22:55) olan məlumata görə, səhiyyə müəssisələrinə 36 zərərçəkmiş daxil olub, onların 15-i müxtəlif xəsarətlər alan güc strukturu əməkdaşlarıdır”, – məlumatda bildirilir.


***22:13

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində ən azı 15 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

“Saat 23:25-ə (Bakı vaxtı ilə 21:25-də) olan məlumata görə, xəstəxanalarda ümumilikdə müxtəlif xəsarətlərlə 15 yaralı var”, — deyə idarədən bildirilib.