1. Hər zaman gülümsə: təbəssüm bütün qıfılların açarı, simaların gülüdür…
2. Hər zaman yalnız sev, aşiq olmaya kimsən yoxsa belə, özünə vurulmağı unutma.
3. Bir yerdə durma, hərəkətdə ol: durğunluq ölümün ani forması, axtarış isə həyatın ritmidir…
4. Xoş sözlərlə ətrafa sevinc və sevgi saç: sənin kədərindən-qəmindən başqalarına nə?!
5. İnsanı yaşadan düşüncələridir: onun üçünsə elə hey oxumaq lazımdır – fikirlərinə istirahət verdiyin andan içindəki heyvani hisslər dirçələcək və ruhunu yeməyə başlayacaq…
6. Heç nə və heç kim əbədi olmadığı kimi məhəbbət ilə dostluqda, nifrət ilə kədərdə stabil olammazsan: çalış dəyişən dünyanın çevik insanı olasan ki, sürətli həyat proseslərinə tab gətirəsən…
7. Zamana qarşı üz, səbir vaxtın anasını ağladır, prosesləri ayaq üstə qarşıla, qoy zaman sənin ruhundan keçsin ki, dünyanın bir parçasına çevriləsən…
8. Heç vaxt “Mən(ə,i,də,dən) niyə?” – demə, çalış hər zaman hadisələr səndən başlasın, ya da səndən keçsin, qurtarsın: belə daha maraqlı olur və kainatın bir zərrəsindən başlanğıcına çevrilirsən…
9. Böyük kəşflər kiçik səhvlərdən başlayır, yanılmağa qorxma, bir səhvin səni tamam başqa uğurlara aparıb çıxarmaq üçün məğlubiyyətini yerindən tərpətməyə sənə enerji verməlidir…
10. Unutma, özündən başqa sənə dayaq duran olmayacaq, qalan bütün çətinliklərin öhdəsindən gəlmək üçünsə bu sənin həyat devizinə – kredona çevrilməlidir…
Retro-status. 2012
Aydın xan Əbilov,
İNK və DAMMİB-nin baş katibi, YYSİB-nin sədri, yazıçı – kultroloq,