Naxçıvan Universitetində bu məhdudiyyət ləğv edildi

0
124

Bu gün Naxçıvan Universitetində Elmi Şuranın növbədənkənar iclası keçirilib.

Bu barədə “tehsil.biz”ə universitetdən məlumat verilib.

Bildirilib ki, rektor, dos. Anar Kazımov iclası açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Gündəlikdəki ilk məsələ tələbələr üçün forma məhdudiyyətinin aradan qaldırılması olub.

A.Kazımov bildirib ki, “Naxçıvan” Universitetinin tələbələri universitetin nizam qaydalarına uyğun olaraq dərsə sərbəst şəkildə geyinib gələ bilərlər.

Rektor qeyd edib ki, forma məhdudiyyətinin aradan qaldırılması tələbələrin sorğusu əsasında həyata keçirilib.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilib.