Ermənistanın sərhəddə 5 kilometr istəyi – Azərbaycan geri çəkilmir

0
106

Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra Ermənistanla Azərbaycan sərhədinin bu istiqamətdəki 12 kilometrlik hissəsinin 7 kilometrində yerləşmə məntəqələri dəqiqləşdirilib.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, həmin istiqamətdə sərhədin 5 kilometr ərazisinin müəyyənləşməsində fikir ayrılığı var.

“Bəzi hissələrdə Azərbaycan 100-300 metr irəli gəlib, lakin biz artıq razılaşmışıq ki, məsələ üzərində katoqraflar işləyəcək”, – Nikol deyib.

Qeyd edək ki, Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz olaraq irəli çəkib. Müharibədən sonra dövlət sərhədinin bərpası istiqamətində işlər aparılır. Azərbaycan addımlarını dəqiq xəritələrə əsasən atır. Laçın istiqamətində ordumuzun sərhəd boyu yerləşdiyi ərazilər də bu xəritələrə uyğundur. Nəticədə işğal dövründə ermənilər tərəfindən otlaq və əkin sahəsi olaraq istifadə edilən və Gorusun Tex kəndinin inzibati ərazisinə daxil edilən ərazilərimizə nəzarət bərpa olunub. Paşinyanın “mübahisəli” dediyi 5 kilometrlik hissəsi bununla bağlıdır. Azərbaycan Ordusu artıq ərazidə mühəndis işlərini həyata keçirir