Şamaxıda məktəbli qız bir neçə şəxs tərəfindən zorlanıb?

0
205

Şamaxı rayonunda məktəbli qızın bir neçə şəxs tərəfindən zorlandığı iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddia edilib ki, rayonun Sabir qəsəbəsi Alxan Alxanov adına orta məktəbdə oxuyan 11-ci sinif şagirdinə qarşı bu əxlaqsızlığı edənlərdən biri məktəbin şagirdidir. Edən şəxslər arasında əmisi oğlunun da olduğu qeyd edilib.

Məlumata görə, məktəbin direktoru məsələnin üstünü bağlamağa çalışır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov cavab olaraq bildirib ki, Şamaxı rayonunda yetkinlik yaşına çatmayan qızın zorlanması iddiası ilə bağlı bir neçə gün öncə daxil olmuş məlumat əsasında Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırmalara başlanılıb:

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələ ilə bağlı müvafiq qərar qəbul ediləcək”.