Azərbaycanda səhralaşma təhlükəsi var – Video

0
535

Azərbaycanda səhralaşma təhlükəsi var

“Bütün dünyanı narahat edən qlobal problemlərdən biri olan səhralaşmanın Mil düzündə geniş əraziləri əhatə etməsi təhlükəsi var”. 

“Qafqazinfo”ya bu barədə məlumatı coğrafiyaşünas-tədqiqatçı və aparıcı Orxan Cabbarov verib. O bildirib ki, bu mövzuda yazdığı disertasiya işinin çöl tədqiqatı zamanı ərazidə geniş yayılmış yarımsəhra landşaftların ekoloji şəraitinin dəyişməsi müşahidə edilib:

“AMEA-nın Coğrafiya institutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktoru Elxan Məmmədbəyov və həmin institutun şöbə müdiri Mirnuh İsmayılovla Mil düzünündə “Şirin Qum” təpələrində olduğumuz zaman burada yarımsəhra fonunda  səhra landşaftının xüsusiyyətlərini özündə əks etdirən qum təpələrində tədqiqat apardıq. Elmi ədəbiyyatlarda ölkəmizin ərazisində səhra landşaftının olmadığı və səhralaşma prosesinin axırıncı mərhələsinin müşahidə edilmədiyi bildirilsə də ərazinin mərkəzində dayandıqda insan özünü sanki səhrada təsəvvür edir.

Apardığımız ölçmə işləri və aerokosmik şəkillərin müqayisəli təhlili deməyə əsas verir ki, bu qum təpələri öz arealını genişləndirir. Bu isə bütün dünyanı narahat edən qlobal problemlərdən biri olan səhralaşmanın Mil düzündə geniş əraziləri əhatə etməsi təhlükəsini yaradır”.