Kişilər niyə qadınlara itaət etməlidir? – Məşhur yazıçıdan sitat

0
140

Ailədə qadın və kişi tez-tez “evdə lider” olmaq üstündə mübahisə edirlər. Bir çox insanlar düşünür ki, bütün ciddi qərarları yalnız kişi verməlidir. Lakin məşhur fransız yazıçısı Viktor Hüqo hesab edirdi ki, ər hər şeydə arvadına tabe olmalıdır. Və bunun bir səbəbi var. O, deyirdi: “Qadınlara tez-tez itaət etmək lazımdır ki, hərdən onlar üzərində hökmranlıq edəsən”.

Dünya şöhrətli fransız yazıçısının qadınlarla bağlı bu fikrini əbəs yerə xatırlatmadıq. Axı bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür. Yaradıcılığında qadın xakterinin zərifliyinə və həssaslığına xüsusi yer ayıran yazıçı hesab edir ki, qadınları itaət etməyə məcbur etmək olduqca çətin işdir. Yeganə yol təslim olmaq və onların hər şıltaqlığına uymaqdır. Bəlkə o zaman ortaq dil tapmaq olar.