Pakistanlı jurnalist: “Qarabağın bərpa sürəti heyrətamizdir”

0
129

“Qısa zaman ərzində yolların bərpası, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun və hava limanlarının tikintisi Azərbaycanın “Böyük Qayıdış” prosesi çərçivəsində heyrətamiz işlər gördüyündən xəbər verir”.

Bu sözləri pakistanlı jurnalist, “Dawn” qəzetinin əməkdaşı Camal Şahid bildirib.

O, işğaldan azad edilmiş Azərbaycan ərazilərində gördüyü dağıntıların miqyasından sarsıldığını söyləyib. Jurnalist indiyə qədər bu cür səhnələri yalnız xəbərlərdə gördüyünü və bütün bunların çox üzücü olduğunu deyib.

C.Şahid mədəni və tarixi irs obyektlərinin məhv edilməsinin yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, tarixi abidələr konkret hansısa regiona məxsus deyil, dünya irsidir.

Sonda o, Qarabağın tam bərpa olunacağına ümid etdiyini bildirib.