“Sel, zəlzələ kimi fəlakətlərdən tutmuş terrorizmə qədər bütün risklərə qarşı birlikdə mübarizə aparmağımız zəruridir”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Risk Qalxanı Modeli yığıncağında açıqlamalar verib.
Ərdoğan Prezident yanında Fəlakətlərin İdarə Edilməsi Siyasətləri Şurasının yaradılacağını bildirib.
“Ölkəmizin elmi potensialının mühüm hissəsini təmsil edən nümayəndə heyətimizin bir çox məsələlərdə ortaq məxrəclər ətrafında toplaşdığını görməkdən məmnunam. Biz eyni vaxtda bir çox risklərlə üzləşməli olan ölkəyik. Sel, zəlzələ kimi fəlakətlərdən tutmuş terrorizmə qədər onların hamısı ilə birlikdə mübarizə aparmağımız zəruridir. İnşallah, tariximizin ən ağır insan itkisi və dağıntı səbəblərindən olan 6 fevral zəlzələsini fəlakətlərlə bağlı yeni mərhələnin başlanğıcı edəcəyik. İnanıram ki, bundan sonra həm idarəetmə, həm cəmiyyət, həm də elm dünyası olaraq daha sürətli, daha praktik və nəticəyönümlü fəaliyyət göstərməli olduğumuza dair heç kimin şübhəsi qalmayacaq”, – deyə Türkiyə prezidenti qeyd edib.