İstanbuldan köç pik həddə çatdı

0
146

Əsrin fəlakəti adlanan və 11 əyalətdə böyük dağıntılara səbəb olan zəlzələdən sonra Türkiyənin risk altında olan şəhərlərindən köç başlayıb.

Türkiyə mediası xəbər verir ki, İstanbul sakinləri dənizə yaxın ərazilərdə, köhnə binaların cəmləşdiyi Kadıköy və Avcılar, Beylikdüzü, Bağcılar, Sefaköy, Pendik və Kartaldan köçməyə qərar veriblər.

Evdən Evə Nəqliyyatçılar Dərnəyinin (END) sədri Əli Ayılmazın sözlərinə görə, zəlzələdən sonra İstanbuldan köçənlərin sayı artıb. “Mövsümün aşağı olduğu vaxtda şirkətə 2-3 nəfər zəng edirdi. Zəlzələdən sonra bu rəqəm orta hesabla 20-25 nəfərə yüksəlib. İstanbuldan demək olar ki, hər bölgəyə köç var, xüsusilə ikinci evləri olanlar köçürlər. Səbəb kimi, evlərinin köhnə olmasını göstərirlər”, – dərnəyin sədri qeyd edib.

Gəmi nəqliyyatı şirkətinin sahibi Mehmet Bağlar da bildirib ki, son günlərdə İstanbuldan köç həddinə çatıb:

“İstanbula dönüş üçün demək olar ki, müraciət olmayıb. Tələb artarsa, qısa müddətdə anbarlarda yer qalmayacaq”