Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub.
,Şagirdlər Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdiriliblər.
Şagirdlər bir neçə gündür, həmin liseylərdə təhsil alırlar.
Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel təsdiqləyib. O bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək.