Kahramanmaraş şəhərinin Türkoğlu rayonunda axtarış-xilasetmə işləri başa çatıb.
Bu barədə Karaman valisi Tuncay Akkoyun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Kahramanmaraş şəhərində görüşü zamanı deyib.
O bildirib ki, Türkoğlu rayonunda zəlzələ zamanı 152 bina dağılıb, 25 məscidə ziyan dəyib, 54 binada isə axtarış-xilasetmə işləri aparılıb.
Vali qeyd edib ki, dağıntılar altından 113 nəfər sağ, 679 nəfərin isə meyiti çıxarılıb.
T.Akkoyunun sözlərinə görə, təbii fəlakət nəticəsində 2 icra nümayəndəsi, 17 müəllim və 1 polis əməkdaşı həlak olub:
“Hazırda zərərçəkmişlər çadır şəhərciklərinə yerləşdirilib, onlara lazımi yardımlar göstərilir”.