Türkiyədə zəlzələdən zərər çəkən binaların sayı açıqlandı: “3 vilayətdə 33 min 143 bina təcili sökülməlidir”

0
180

Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi zəlzələdən təsirlənən 13 vilayətdə 236 min 410 binada qiymətləndirmələr aparıb.

Araşdırmalar çərçivəsində 33 min 143 binanın ağır şəkildə zədələndiyi və təcili sökülməyə ehtiyacı olduğu müəyyən edilib.

Nazirlik tərəfindən Kayseri, Niğde və Kilis də daxil olmaqla 13 vilayətdə zərər qiymətləndirmə işlərinə davam edilir.