İsveçrədə dərman qıtlığı yaşanır

0
156

Hazırda İsveçrədə dərman çatışmazlığı mövcuddur.

Bunu “PharmaSuisse” cəmiyyətinin prezidenti Martina Ruqli bəyan edib.

O bildirib ki, tibbi sığorta ilə təmin olunan bütün dərmanların təxminən yeddi faizi ölkədə mövcud deyil.

Ruqlinin sözlərinə görə, çatışmazlıq antibiotiklər, ağrıkəsicilər, yüksək təzyiqə qarşı dərmanlar, həmçinin depressiya və epilepsiya vasitələrinə aiddir.

“PharmaSuisse” rəhbəri qıtlığı koronavirus pandemiyası zamanı Çin və Hindistandan dərmanların aktiv maddələrinin tədarükünün pozulması ilə izah edib.

O, qeyd edib ki, əhalinin tez-tez soyuqdəymə ilə xəstələndiyi mövsümdə bu çatışmazlıq problemə çevrilə bilər.