“Ermənistanla Türkiyə arasında danışıqlarda irəliləyişlər var”

0
154

“Ermənistanla Türkiyə arasında danışıqlarda müəyyən irəliləyiş var”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan almaniyalı həmkarı Annalena Burbok ilə Berlində keçirilən birgə brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması barədə müzakirələr aparılır.

Nazir qeyd edib ki, proses bir qədər ləng templə getsə də, müsbət irəliləyişlər var və bu, yaxşıdır.

“Bu yaxınlarda Ermənistan və Türkiyə hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəliblər, bu isə növbəti müsbət addımdır. İrəvan ümid edir ki, proses daha da əhəmiyyətli nailiyyətlərlə davam edəcək”, – deyə o bildirib.