Bu ölkə addım-addım müharibəyə doğru sürüklənir” – Orbandan XƏBƏRDARLIQ

Almaniyanın Ukraynaya tanklar göndərməsi almanları münaqişədə birbaşa iştiraka yaxınlaşdırır”.

Bununla bağlı Macarıstanın baş naziri Viktor Orban xəbərdarlıq edib.

“Əvvəlcə almanlar oraya öldürücü silah göndərmək istəmədiklərini bildirərək əsgər dəbilqələrini göndərdilər”, – Orban hökumətin sosial media səhifəsində yazıb.

O, əlavə edib ki, indi söhbət tanklara çatıb və artıq təyyarələrdən danışmağa başlayıb.

“Addım-addım almanlar müharibəyə doğru sürüklənir”, – Macarıstanın baş naziri qeyd edib və əlavə edib ki, Macarıstan münaqişənin əvvəlindən sülh tərəfdarı olduğu üçün Ukrayna ordusunu silahla təmin etməkdən imtina edib