Podolyak: “Ukrayna Putin üçün ölüm hökmüdür”

0
210

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynaya qarşı başladığı müharibəyə görə düşdüyü vəziyyəti anlamır”.

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyakın telemarafonun efirində verdiyi açıqlamada xəbər verir.

O bildirib ki, Putin səfərbər olanların hesabına, sanksiyalardan yan keçməklə və uzun illər ərzində formalaşmış lobbi sayəsində qalib gəlməyə ümid edir.

“Putin təzyiq edəcəyinə inanır. Böyük təəssüf hissi ilə demək istəyirəm ki, Ukrayna onun üçün ölüm hökmüdür”, – Podolyak qeyd edib.

“The Times” qəzetinin yazdığına görə, Putin Rusiya Federasiyasının iqtisadiyyatını və silahlı qüvvələrini o qədər zəiflədib ki, müharibədən əvvəlki səviyyəyə çatmaq üçün 30 ilə qədər vaxt lazım ola bilər .