Koronavirus qripə qarşı immuniteti öldürüb

0
223

“Qrip virusuna qarşı əhalinin immuniteti formalaşmayıb, ona görə də indi o, koronavirusdan daha təhlükəlidir”.

Bunu rusiyalı virusoloq, tibb elmləri namizədi Pavel Volçkov deyib.

Onun sözlərinə görə, insanlar kütləvi şəkildə koronavirusa yoluxduğundan əhalidə kütləvi immunitet formalaşıb.

“Qrip viruslarına qarşı immunitet isə zəifləyib və müəyyən olunmuş həddən aşağı düşüb”, – deyən mütəxəssis bunun epidemiya ilə nəticələnə biləcəyini vurğulayıb.

Virusoloqun fikrincə, insanlar hazırlıqlı olsalar, ən azı peyvənd hesabına əhalinin immuniteti formalaşsa, o zaman qrip epidemiyası daha asan keçər, ya da ümumiyyətlə baş verməyə bilər.