Özünü sülhməramlı kimi təqdim edən erməni ifşa olundu – VİDEO 

0
180

Azərbaycanın QHT təmsilçiləri Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti arasında erməni aşkar ediblər.

Bu barədə QHT nümayəndələri sosial şəbəkə hesablarında paylaşım ediblər.

Bildirilib ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının içərisində olan bir nəfər erməni dilində danışmaqla diqqət çəkib. Sonra həmin şəxs gizlənmək istəsə də, azərbaycanlı fəallar tərəfindən ifşa olunub. 

Hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir. Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Həmin görüntüləri təqdim edirik: