XTQ və komandolar Xankəndiyə göndərilir? – Açıqlama

0
174

Rusiya sülhməramlı kontingenti və ermənilər mülki vətəndaşlarımızın Xankəndi və Ağdərə istiqamətində fəaliyyətinə maneə yaradırlarsa, o zaman həmin ərazilərə XTQ və komandolarımızı göndərməliyik”.

Bu barədə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bildirib ki, Fərrux, Sarıbaba, Qırxqız, Laçın, Sus və Zabux təcrübəsini daha da zənginləşdirməliyik: “Buna kimsənin, o cümlədən Volkovun və erməni separatçılarının şübhəsi olmasın. Anidən gələ bilərik. Biz qan tökülməsini istəmirik. Prosesin, birgə bəyanata uyğun həyata keçirilməsinin tərəfdarıyıq. Amma görünən odur ki, rus sülhməramlıları onlara verilə səlahiyyətlərə əməl etmirlər, zaman-zaman onların yanında erməni silahlı əsgərlərini görürük”.

Ə.Verdiyev sülhməramlılar tərəfindən mülkü vətəndaşımıza zor tətbiq edilməsinin qanunsuz olduğunu deyib:

“Bu vətəndaş öz torpağına keçmək istəyir. Bu, mütləq araşdırılmalıdır. Mənim fikrimcə, sülhməramlıların fəaliyyətinə son qoyulmalıdır. Onsuz da mandatları yoxdur və öz vəzifələrini yerinə yetirə bilmirlər”.

Qeyd edək ki, Şuşa ərazisində keçirilən aksiyada sülhməramlıların etirazçılara güc tətbiq etməyə cəhd göstərdiyinə dair görünütülər yayılıb.