Rusiyaya qarşı sanksiyalar paketi: Aİ razılığa gələ bilmədi

0
148

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi hələ hazır deyil, ölkə liderləri bir sıra məsələlər üzrə razılığa gəlməkdə davam edirlər.

Assosiasiya ölkələrinin Moskvaya qarşı yeni məhdudiyyətlər paketi ilə bağlı razılığa gələ bilməməsi faktını Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Aİ Şurasının iclasından əvvəl bəyan edib.

“Aİ Şurasının bu iclası çox uzun və çətin olacaq. Bizim gündəmdə Rusiyaya qarşı sanksiyalar var, doqquzuncu paketlə bağlı hələ də razılığa gələ bilməmişik”, – deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Borrell, icmanın dövlətlərinin günün sonuna qədər razılığa gələcəyinə ümid etdiyini bildirib. Lakin qeyd edib ki, bu, baş verməyə bilər, çünki müzakirə edilməli olan məsələlər var. Onun sözlərinə görə, anti-Rusiya məhdudiyyətləri ilə bağlı müxtəlif fikirlər olduğu üçün ölkələrin razılaşması çətindir