Ukraynadakı vəziyyətin səbəbkarı bu ölkələrdir – SENSASİYA

0
179

2014-cü ildə Ukraynada başlayan vətəndaş müharibəsi zamanı vəziyyəti həll etmək üçün Rusiya, Ukrayna, Fransa və Almaniya arasında Minsk sazişi Fransa və Almaniya üzündən həyata keçirilməyib.

Bunu Rusiya Dövlət Dumasının Sədri sədri Vyaçeslav Volodin deyib.

“Ukraynadakı vəziyyət Almaniya və Fransa liderlərinin aldadıcı siyasətinin nəticəsidir. Buna görə Almaniya və Fransa Donbas sakinlərinə təzminat ödəməlidir. Beynəlxalq razılaşmanın imzalanmasına baxmayaraq, öhdəliklərin planlama ilə yerinə yetirilməməsi təkcə güvən və inam itkisi deyil, həm də müqavilələri imzalayan Merkel, Olland və Poroşenkonun cavab verməli olduğu bir cinayətdir”, – Volodin qeyd edib.