Azərbaycanı antiterror əməliyyatına təhrik etməkdə məqsəd nədir? – VİDEO

0
168

“Nəinki Fransa, heç bir Qərb dövləti Ermənistanın yerinə hər hansı formada hərbi əməliyyatlarda iştirak edən deyil. Sadəcə, diplomatik platformalar vasitəsilə Ermənistanın separatçı addımlarını dəstəkləyirlər”.

Bu fikirləri Baku TV-nin “Baku Analitik” verilişində politoloq Aytən Qurbanova deyib.

A.Qurbanova qeyd edib ki, onların məqsədi beynəlxalq platformalarda Azərbaycan haqqında etnik təmizləmə siyasəti, ermənilərə qarşı təcavüz həyata keçirən dövlət imici formalaşdırmaqdan ibarətdir.

“Həmçinin sanksiyalar və başqa yollarla Azərbaycana qarşı təzyiq mexanizmləri yaratmaq istəyirlər. Məhz antiterror əməliyyatına təhrik etməkdə də məqsəd budur”, – deyə politoloq vurğulayıb.