Dişlər üçün ən zərərli qidalar hansılardır?

0
184
Colorful Lollypop in perfect woman teeth and red lips mouth

Yapışqan şirniyyatlar, sovurma konfetlər və turş meyvə quruları dişlər üçün ən zərərli qidalardır.

Bu barədə ruisyalı diş həkimi Oleq Kurov məlumat verib.

“Dişlərə ən zərərlisi yapışqan şirniyyatlardır. Məsələn, karamel dişlərin əlçatmaz yerlərinə yapışmasına görə tövsiyə edilmir. Mən sovurma konfetləri də qara siyahıya salardım, çünki onlar dişlərin minasında mikro çatlar əmələ gətirir”, – deyə diş həkimi xəbərdarlıq edir.

Stomatoloqun sözlərinə görə, şəkərli meyvə quruları, quru və turş meyvələr diş sağlamlığı üçün heç də faydalı deyil.

“Onların hamısında şəkər var və dişlərə təsirinə görə adi konfet və digər şirniyyatlardan heç bir fərqi yoxdur. Turş meyvələrdə, xüsusən də sitrus meyvələrində isə çox miqdarda meyvə turşusu var ki, bu da diş minasının məhvinə kömək edir”, – Kurov izah edib.

O, tünd şokoladı ən faydalı şirniyyat adlandırıb.

“Onun tərkibində daha az şəkər və daha çox antioksidant var. Tünd şokoladın tərkibindəki kakao immunitet və sinir sistemini gücləndirməyə kömək edir, tənəffüsü stimullaşdırır, bədxassəli şişlərin yaranmasının qarşısını alır. Bundan əlavə, tədqiqatlar tünd şokoladın tərkibində Alzheymer xəstəliyinə təsir edən amiloid lövhələrinin əmələ gəlməsindən qoruyan epikatexin kimi bir antioksidanın olduğunu aşkar edib”,- deyə həkim fikrini yekunlaşdırıb.