ABŞ İranın XİN başçısına qarşı sanksiyalar tətbiq etdi

0
473


ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib.

Bu barədə Ağ Ev administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlər üçün telefon brifinqində deyib.

“Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehranın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasının başında durur”, – deyə, administrasiya nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ diplomatik imkanları əldə saxlamaq istəyir, lakin “səbr artıq tükənib”.