Ukrayna Baş Qərargahı: “Rusiya ordusunda fərarilik halları artıb”

0
163

“Ukraynanın Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində hərbi əməliyyatların aparılması zamanı xeyli itkilər verdiyinə görə işğalçı qüvvələrin bölmələrində fərarilik halları tez-tez baş verir və mənəvi-psixoloji vəziyyət xeyli pisləşib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” hesabından yaydığı məlumatda bildirilib.

“Mayorsk qəsəbəsi ərazisində gedən döyüşlərdən sonra 1-ci Qorlovski ərazi batalyonu döyüş qabiliyyətini itirib. Orada 50-dən çox ölü və yaralı var, hərbçilərin əhval-ruhiyyəsi qənaətbəxş deyil. Düşmən komandanlığı sözügedən bölməni dağıdıb, şəxsi heyətin qalıqları digər hərbi hissələrə paylanıb”, – deyə qeyd edilir.